manera.az
manera.az

Türk dünyasının yeddi şəxsiyyəti ilə bağlı filmlər çəkiləcək

📅 16.02.2022 09:01

Türk dünyasının yeddi şəxsiyyəti ilə bağlı filmlər çəkiləcək
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un birgə dəstəyi ilə “Yed-i Velayet, 7 Vilayət” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində türk dünyasının şəxsiyyətləri ilə bağlı tematik ssenari müsabiqəsi elan olunub.

MANERA.AZ xəbər verir ki, festival “Əhli Sənət” Sinema və Mədəniyyət Dərnəyi tərəfindən “Bursa 2022 – Türk Dünyasının Mədəniyyət Paytaxtı” ili çərçivəsində gerçəkləşəcək. Müsabiqəyə türk dünyasının yeddi görkəmli şəxsiyyətinin həyat və yaradıcılığından, əsərlərindən bəhs edən qısa film ssenariləri qəbul olunur.

Ssenarilər:

Azərbaycandan Hüseyn Cavid,
Qazaxıstandan Əhməd Baytursun,
Qırğızıstandan Çingiz Aytmatov və Toktobolot Abdumomunov,
Özbəkistandan Abdulhəmid Süleyman Çolpan, Türkiyədən Süleyman Çələbi

Türkmənistandan Məhtumkulu Fəraqi ilə
bağlı olmalıdır.

Müsabiqənin yekununda hər şəxsiyyətlə bağlı bir – ümumilikdə 7 ən yaxşı ssenari mükafatlandırılacaq.

Birinci yeri tutan ssenarilərə 3000 TL pul mükafatı veriləcək və onların əsasında qısa filmlər çəkiləcək.

Müsabiqəyə müxtəlif dillərdə və fərqli ölkələrdən müraciətlər www.7kisafilm.com və www.7shortfilms.com internet saytları üzərindən mayın 1-dək qədər qəbul edilir.


Baxış sayı - 576 | Yüklənmə tarixi: 16.02.2022 09:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930