manera.az
manera.az

Peşə liseylərinin buraxılış sinfində oxuyanların nəzərinə!

📅 08.02.2022 14:53

Peşə liseylərinin buraxılış sinfində oxuyanların nəzərinə!
İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlərinin buraxılış imtahanı Dövlət İmtahan Mərkəzinin 11 illik orta təhsil səviyyəsi üzrə mart ayı ərzində keçirəcəyi şəhər və rayonların imtahan qrafikinə uyğun peşə liseyinin yerləşdiyi şəhərdə (rayonda) keçiriləcək.

Mərkəzdən MANERA.AZ-a verilən məlumata görə, şagirdlər peşə liseyi hansı rayonda yerləşirsə, həmin rayon üçün nəzərdə tutulmuş tarixdə (5, 6, 12 və ya 13 mart) imtahan verəcəklər.

11 illik orta təhsil səviyyəsi üzrə (o cümlədən peşə liseyi şagirdlərinin ) buraxılış imtahanlarının rayon və şəhərlər üzrə qrafiki ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı martın 14-də keçiriləcək.


Baxış sayı - 678 | Yüklənmə tarixi: 08.02.2022 14:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930