manera.az
manera.az

Lənkəranın simvolu olan tarixi abidə bərpa ediləcək

📅 06.02.2022 10:01

Lənkəranın simvolu olan tarixi abidə bərpa ediləcək
Lənkəran rayonunun simvolu olan qədim tarixi abidə – Dairəvi qala məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Qalanın bərpa edilməsi üçün hansı işlər görülür?

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.

Onun sözlərinə görə, Lənkəran şəhərində yerləşən Dairəvi qalanın bərpa-konservasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.

"Tarixi abidənin layihə-smeta sənədləri hazırlanıb və bərpa edilməsi üçün investisiya planına daxil edilib. Tarixi abidənin bərpa olunması üçün müvafiq proseduralar davam etdirilir", - deyə qurum rəsmisi bildirib.


Baxış sayı - 893 | Yüklənmə tarixi: 06.02.2022 10:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031