manera.az
manera.az

Kaynozoy erasına aid fil sümüyü

Kaynozoy erasına aid fil sümüyü

Füzuli rayonunun Mahmudlu kəndi ərazisində kaynozoy erasına aid fil sümüyü tapılıb.

Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov bildirib ki, filin bud hissəsinin sümüyü bir neçə gün davam edən yağışın Baş Mil kanalının kənarını yuması nəticəsində aşkarlanıb. Sümüyün uzunluğu 135 santimetr, çəkisi 50 kiloqramdır. Aşkar edilən sümüyün fotoşəkilləri Azərbaycan Milli Elmlər Akademiyasının Təbiət Tarixi Muzeyinə göndərilib. Fil sümüyü Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyində sərgilənəcək.

Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov isə bildirib ki, tapılan sümüyün kaynozoy erasına aid cənub filinə məxsus olduğu ehtimal edilir. Azərbaycanda 10 milyon il əvvəl məskunlaşan cənub filləri 0,6 - 1,8 milyon il əvvəl Qafqazda geniş yayılmışdı və onların kökü 600 min il əvvəl kəsilib. Hündürlüyü 4 metrə, uzunluğu 8 metrə çatan bu fillər 70 ilədək yaşayırdı.

İndiyədək respublikanın müxtəlif ərazilərində 10-dan çox fil növünün qalıqları tapılıb. Daha çox Kür ətrafında, xüsusən Mingəçevir, Şəmkir, Yenikənd, Gəncə, Astara ərazisində çoxlu sayda fil sümükləri aşkarlanıb. 2001-ci ildə Mingəçevirdə tapılan filin kəllə sümüyü bərpa edilərək, Təbiət Tarixi Muzeyində saxlanılır. “Biz Azərbaycanın regionlarından bu sümükləri yığıb filin skeletini bütövlükdə bərpa edə bilərik”, – deyə Tariyel Eybatov bildirib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30