Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitabın təqdimatı olub
AMEA-da Qəbələnin tarixinə, etnoqrafiyasına və folkloruna həsr edilmiş kitab toplusunun təqdimatı keçirilib.
Manera.az xəbər verir ki, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası Qəbələ şəhərində arxeoloji tədqiqatlara 15 illik fasilədən sonra dəstək verib.
Bununla da Qəbələ ilə bağlı elmi araşdırmalar bərpa edilib.
Qəbələ etnoqrafik ekspedisiyanın fəaliyyətinin nəticəsi olan "Qəbələ tarixi", "Qəbələ etnoqrafiyası" və "Qəbələ folkloru" adlı kitablardan ibarət toplu Azərbaycan, rus və ingilis dillərində nəşr edilib.
Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti İsa Həbibbəyli sözügedən kitab toplusunun ölkəmizin mədəniyyəti və tarixinin dünyaya tanıdılması baxımından önəmini vurğulanıb.
Təqdimatın sonunda "Qəbələ etüdləri" adlı sənədli film nümayiş olunub.