manera.az
manera.az

İntiqam Yaşar Daşkənddə kitablarını imzaladı

📅 26.04.2019 13:20

İntiqam Yaşar Daşkənddə kitablarını imzaladı
Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis başqanı İntiqam Yaşarın Azərbaycanda çap olunmuş "...və susarsan" və "Evdə yoxam" şeir kitablarının qardaş ölkənin paytaxtı Daşkənddə imza günü təşkil olunub.

Şairin Manera.az-a verdiyi məlumata görə, Özbəkistanın Gənc Yaradıcılar Birliyinin təşkilatçılığı ilə baş tutan imza günündə birliyin başqanı Mehrinaz Abbasova, Özbəkistan Yazıçılar Birliyinin ədəbi orqanı olan "Gənclik" dərgisinin baş redaktoru Faxrəddin Hayyit, "Kitab dünyası" qəzetinin Tərcümə işi və beynəlxalq əlaqələr bölməsinin başqanı Mirzahid Müzəffər, gənc yazarlar Şəhriyar Şövkət, Nazimə Həbibulla, Firuzə Xeyrulla və başqaları çıxış edib, şeirlər haqda fikirlərini bölüşüblər.

Sonda şair şeir oxuyub, kitab imzalayıb.

Qeyd edək ki, Özbəkistan mətbuatında şeirləri özbək türkcəsinə uyğunlaşdırılaraq mütəmadi çap olunan İntiqam Yaşarın Özbəkistanda yeni şeirlər kitabı çapa hazırlanır.

İntiqam Yaşar Daşkənddə kitablarını imzaladı
İntiqam Yaşar Daşkənddə kitablarını imzaladı
İntiqam Yaşar Daşkənddə kitablarını imzaladı

MANERA.AZ


Baxış sayı - 1 338 | Yüklənmə tarixi: 26.04.2019 13:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031