manera.az
manera.az

Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək

📅 18.04.2019 19:34

Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
MANERA.AZ xəbər verir ki, 22 aprel 2019-cu il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət kitabının təqdimat mərasimi və imza günü keçiriləcək.

Gülnar Səma AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. “Sözümüz sözdür” kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə nəşr edilib. Kitabının elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevdir. Kitabın üz qabığının fotoqrafı Nofəl Ümiddir. İştirak etmək istəyən hər kəs təqdimata dəvətlidir.

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xaqani küçəsi 25.

MANERA.AZ


Baxış sayı - 1 393 | Yüklənmə tarixi: 18.04.2019 19:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930