manera.az
manera.az

Yeni ilin ilk "Ulduz"u

Yeni ilin ilk "Ulduz"u
"Ulduz" jurnalının 2022-ci ildə ilk sayı çap olunub.

MANERA.AZ xəbər verir ki, dərgidə ilk olaraq, Səlim Babullaoğlunun "Yanvar: Qarın şərhi" adlı şeiri, ardından isə gənc yazar Orxan Cuvarlının özüylə söhbəti və hekayəsi təqdim edilib.

"Qısa fikirlər xəzinəsi"ni Məhəmməd Əmin Rəsulzadənin kəlamları bəzəyir.

"Yazı masası"nın bu dəfəki qonağı dərginin qocaman əməkdaşı, rəssam Ədalət Həsəndir.

"Şeir vaxtı"nda Gülnar Ümid, Bəsti Məmməd, Ülkər Nicatlı, İltimas Səmimi, Əbülfət Mədətoğlu, Aysel Nəsirzadə və Zöhrab Mehdinin poeziya nümunləri dərc olunub.

Əli Əmirlinin ənənəvi "Ustad dərsləri"ninin cari mövzusu "Mənim personajlarım"dır.

Günel Hacıyevanın "Lili möhtəşəm qadın idi", Zəka Vilayətoğlunun "Çöhrəgülü", Çinarə Ömrayın "Hamiləlik testi", Firuz Mustafanın "Bülbül yuvası" kimi hekayələri xüsusi maraq kəsb edir.

Eminqueyin "Məmməd Arazın sufi həqiqətinə çatmış "Dünya"sı" adlı essesi Məmməd Arazın "Dünya sənin, dünya mənim" şeirinin bədii təhlilini gerçəkləşdirir.

Tarix üzrə fəlsəfə doktoru Leyla Abbasovanın Sevinc Nuruqızının "Ağca və Cubbulu" əsərinin quruluşu, redaktəsi, nəşri məsələlərini özündə ehtiva yazısı diqqət çəkir.

Xuraman Hüseynzadənin "Uzaqlar yordu məni..." adlı tənqidi yazısı Nazim Əhmədli yaradıcılığına işıq tutur.

Şəfa Vəlinin "Əvvəldən yeri Yuxarıbaş olub" başlıqlı müsahibəsində Xalq şairi B. Vahabzadənin Şəkidəki ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli söhbətə çəkilir.

"Təbriz eli" rubrikasında Pərvanə Məmmədlinin "İstərəm Vətənimdə qanım rəngli bir kilidlə azadlığa yollar açam" başlıqlı yazısı, "Türk eli" rubrikasında isə Cahit Günayın şeirləri təqdim olunur.

"Dərgidə kitab"da Əflatun Amaşovun "Qanıq, Hasan, bir də Qaragöz" romanı, "Sərgi"də isə Ədalət Həsənin qrafik rəsmləri yer alıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728