manera.az
manera.az

Tanınmış dilçi alim koronavirusdan vəfat edib

📅 07.12.2021 11:04

Tanınmış dilçi alim koronavirusdan vəfat edib
Tanınmış dilçi alim, professor Qara Məşədiyev koronavirus xəstəliyindən vəfat edib.

Manera.az xəbər verir ki, bu haqda AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Təranə Şükürlü məlumat yayıb.

Qara Məşədiyev AMEA Nəsimi adına Dilçilik İnstitutunun Toponimika sektorunun müdiri vəzifəsində çalışıb və Milli Məclisin Toponimika Komissiyasının üzvü olub.

Qara Məşədiyev 1974-cü ildə «Müasir Azərbaycan ədəbi dilində adlıq cümlə» mövzusunda namizədlik dissertasiyası, 1991-ci ildə «Qafqazın ərazi və tayfalarının təsviri materialları məcmuəsində (SMOMRK) qeydə alınmış onomastik vahidlərin tarixi-etimoloji təhlili» adlı doktorluq dissertasiyası müdafiə edib, 1998-ci ildə professor elmi dərəcəsi alıb.

Onun 12 monoqrafiyası və 120-dən çox elmi əsəri çap olunub.

Allah rəhmət eləsin!


Baxış sayı - 435 | Yüklənmə tarixi: 07.12.2021 11:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031