manera.az
manera.az

Magistraturaya sənəd qəbulunun vaxtı açıqlanıb

📅 24.11.2021 07:52

Magistraturaya sənəd qəbulunun vaxtı açıqlanıb
"Magistraturaya sənəd qəbulu yəqin ki yanvar ayından başlayacaq".

Manera.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bütün imtahan cədvəlləri Operativ Qərargahla razılaşdırıldıqdan sonra sənəd qəbuluna başlanacaq: "Cədvəli hazırlamışıq. Təsdiqlənəndən sonra sənəd qəbuluna başlayacağıq. Qaydalara əsasən, magistraturaya qəbul bir mərhələdə həyata keçirilir. Ötən il bakalavrlara iki cəhd imkanı verdik. Qapanmalar olmasa, bu il də belə bir imkan yaratmağa çalışacağıq".


Baxış sayı - 648 | Yüklənmə tarixi: 24.11.2021 07:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031