manera.az
manera.az

Magistraturaya qəbulda bu il hansı dəyişiklik olacaq? – Rəsmi açıqlama

📅 16.02.2021 17:57

Magistraturaya qəbulda bu il hansı dəyişiklik olacaq? – Rəsmi açıqlama
"Magistraturaya qəbul imtahanı qaydalarında ötən illə müqayisədə hər hansı bir dəyişiklik nəzərdə tutulmur”.

Bu haqda Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib.

Magistraturaya qəbul imtahanı ilə bağlı danışan X.Xanlarzadə, prosesdə hər hansı dəyişikliyin olmadığını bildirib:

“Magistraturaya qəbul imtahanı qaydaları ilə bağlı hər hansı bir dəyişiklik yoxdur. İmtahan 1 mərhələli keçiriləcək. Qəbul imtahanları Bakı, Naxçıvan Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində baş tutacaq”.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə yanvarın 29-u keçirilən mətbuat konfransında imtahanların birmərhələli, lakin 2 dəfə keçiriləcəyini açıqladı. Magistraturaya qəbul üçün I imtahana qeydiyyat 9-18 fevral tarixlərində aparılır.


Baxış sayı - 768 | Yüklənmə tarixi: 16.02.2021 17:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930