manera.az
manera.az

"Nizami" baletinin premyerası olacaq

📅 15.11.2021 14:55

"Nizami" baletinin premyerası olacaq
Noyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun "Nizami" baletinin premyerası keçiriləcək.

Premyera adı və şöhrəti vətəndən çox-çox uzaqlarda belə məşhur olan dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Teatrdan Manera.az-a verilən məlumata görə, tamaşa Prezident İlham Əliyevin sərəncamı ilə elan edilmiş "Nizami ili" çərçivəsində baş tutan ən dəyərli layihələrdən biridir və məhz bu tamaşa ilə Mədəniyyət Nazirliyinin keçirdiyi yubiley həftəsi başa çatacaq.

Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələri və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduzdur. Tamaşanın xoreoqrafiyasını Xalq artisti, balet truppasının bədii rəhbəri, xoreoqrafiya üzrə professor Kamilla Hüseynova həyata keçirib. Quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.


Baxış sayı - 395 | Yüklənmə tarixi: 15.11.2021 14:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930