manera.az
manera.az

Polşa və Ukraynanın opera ulduzları Bakıya gələcək

Polşa və Ukraynanın opera ulduzları Bakıya gələcək
Dekabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcək.

Teatrdan Manera.az-a verilən xəbərə görə, Karmen partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət edib.

İ.Jitinska hazırda Avropada çox populyar olub, bir çox ölkələrdə vaxtaşırı qastrol səfərlərində olur. Portuqaliyanın Lissabon şəhərində keçirilən opera sənəti festivalında vokalçı Karmen partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş prizə layiq görülüb.

Tamaşada həmçinin Ukraynanın xalq artisti Andrey Romanenko da (Xoze) və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri xalq artistləri Əli Əsgərov (Suniqo) və Gülnaz İsmayılova (Fraskita), əməkdar artistlər İnarə Babayeva (Mikaela), Cahangir Qurbanov (Eskamilio), Tural Ağasıyev (Dankayro), Əliəhməd İbrahimov (Romendado) və solist Nina Makarova (Mersedes) da çıxış edəcəklər. Tamaşanın dirijoru əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" Milli mükafatının laureatı Əyyub Quliyevdir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031