manera.az
manera.az

Söz süfrəsi açmış sənə şair... - qəzəl | MANERA.AZ

📅 13.11.2015 10:32

Söz süfrəsi açmış sənə şair... - qəzəl | MANERA.AZ
Pərviz Hali

Qəzəl

Solmuş gülüm omrümdə diləklər, çiçək açmaz,
Bəxtim kitabın bağlıyıb artıq fələk, açmaz !

Sənsiz ötüşən qəm dolu günlərdə əzizim
Gəl ki, bürünüb matəmə könlüm, ürək açmaz.

Dostlar da vefasız çıxıb ah, sən də vəfasız,
Döyməz qapımı kimsə mənim, heç külək açmaz.

Heyran eliyən aşiqi zahirdə baxışlar
Batində yatan sirrini açsın gərək, açmaz.

Söz süfrəsi açmış sənə şair yenə ey Gül,
Çoxlar buna cəhd eyləsə də Hali tək açmaz!



Baxış sayı - 2 248 | Yüklənmə tarixi: 13.11.2015 10:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930