manera.az
manera.az

Alova bürünüb bişir adamlar... - MANERA

📅 28.05.2015 00:42

Alova bürünüb bişir adamlar... - MANERAGülnarə İsrafilqızı

Alova bürünüb bişir adamlar,
Burda adam əti yeyilir daha..
Daş da plasmasla əvəz olunur,
Ömür ölümlərə satılır baha...

Hər gün daşa dönür adamlarımız,
Hər gün bir az yanıb külə dönürük.
Qanımız tökülür torpağın üstə,
Daşların üzündə gülə dönürük.

Bax belə, bax belə ətirlənirik,
Quruyur kökündən fidanlarımız.
Daşlaşıb, daşlarda çiçəkləyərkən,
Torpaqdan göyərir adamlarımız.


Baxış sayı - 1 844 | Yüklənmə tarixi: 28.05.2015 00:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930