manera.az
manera.az

Azərbaycanlı tələbə Türkiyədə vəfat edib

Azərbaycanlı tələbə Türkiyədə  vəfat edib
Türkiyədə koronavirusa yoluxmuş azərbaycanlı tələbə vəfat edib

1996-ci il təvəllüdlü Salamov Nurlan Xanağa oğlu bu gün dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, N.Salamov sentyabrın 20-dən özünü narahat hiss edib. Ayın 22-si səhər saat 06:00-da Türkiyəyə uçub, vəziyyəti çox sonra pisləşib. Atatürk Universitetində təhsil alan Nurlan ayın 25-də saturasiyası düşüb və boğulma simptomları ilə İkinci Əbdülhəmid Araşdırma Xəstəxanasına aparılıb. Orada 7 gün palatada yatıb, daha sonra reanimasiya şöbəsinə köçürülüb. Bu gün isə onu Marmara Eğitim Araşdırmalar Hastanesinə köçürmüşdülər.

Qeyd edək ki, Nurlan Salamov Azərbaycanın xaricdə təhsil alan ən perspektivli gənclərindən biri idi. 2017-ci ildə bakalavriaturanı (Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi) yüksək göstəricilərlə fəxri məzun olaraq başa vurub. 2019-cu ildə isə Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının Beynəlxalq jurnalistika ixtisaslaşması üzrə magistraturadan ən yüksək ÜOMG ilə fərqlənmə diplomu alaraq məzun olub. Həmin ildə Türkiyə Dövlət Təqaüd Proqramı – Türkiye Burslarını qazanıb. Hazırda Erzurum Atatürk Universiteti Sosial Elmlər İnstitutu Kommunikasiya fakültəsi Jurnalistika kafedrasının doktorantı idi. Bir sıra müsabiqələrin qaliblərindəndir, müxtəlif illər üzrə “İlin Ən Yaxşı Tələbəsi”, “İlin Ən Savadlı Tələbəsi” fəxri adlarına layiq görülüb.

“Jurnalist” tələbə-tədris qəzetinin redaktoru, “Tələbədən Tələbəyə”, “Beynəlxalq Jurnalistika Məktəbi” kimi layihələrin heyət üzvü olub. Aznews.az informasiya portalında beynəlxalq xəbərlər müxbiri, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunda "Füyuzat" və "İşıq" jurnallarının sosial media meneceri olaraq çalışıb. “Kaspi”, “Şərq”, “Ədalət”, “Jurnalist” qəzetləri, “Füyuzat”, “İşıq”, “Ulduz” jurnalları və bir sıra internet KİV orqanlarında yazılarla çıxış edib. Elmi tezis və məqalələri Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyasında respublika və beynəlxalq səviyyəli elmi-praktik konfransların materialı olaraq dərc olunub. /Oxu.az/

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031