manera.az
manera.az

Azərbaycanlı tələbələr Birlik yaratdılar - Türkiyədə

📅 17.07.2018 15:32

Azərbaycanlı tələbələr Birlik yaratdılar - Türkiyədə
Türkiyənin İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələr tərəfindən Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi yaradılıb.

Qurumdan MANERA.AZ-a bildirilib ki, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi artıq rəsmi şəkildə qeydiyyatdan keçirilib.

Birliyin qurucusu və rəhbəri İstanbul Universitetinin magistri Rəşid Mustafazadədir. Onun sözlərinə görə, Cümhuriyyətin 100 illiyində İstanbul Universitetində ilk dəfə fəaliyyətə başlayan birliyin əsas məqsədi azərbaycanlı gənclərə dəstək vermək, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, "Bir millət, iki dövlət" şüarını əsas tutaraq qardaş ölkə gəncləri ilə əməkdaşlığı təmin etməkdir.

Qeyd edək ki, İstanbul Universiteti Türkiyənin ən qədim universitetidir. Dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil edilən ilk Türkiyə universitetidir və eyni zamanda, Asiyanın ən yaxşı 100 universiteti sırasındadır.


Baxış sayı - 1 584 | Yüklənmə tarixi: 17.07.2018 15:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930