manera.az
manera.az

Mədəniyyət nazirinə birinci müavini təyin edilib

Mədəniyyət nazirinə birinci müavini təyin edilib
Azərbaycan Prezidentinin sərəncamına əsasən, Elnur Əli oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Bu barədə Manera.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Elnur Əliyev bundan əvvəl mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, Elnur Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.

E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.


Baxış sayı - 633 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728