manera.az
manera.az

Bakı Dövlət Sirkinə yeni direktor təyin edilib

📅 13.03.2021 13:23

Bakı Dövlət Sirkinə yeni direktor təyin edilib
Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub.

Manera.az xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elmir Hüseynov sirkin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, E.Hüseynov 1978-ci il dekabrın 2-də Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alıb.

Azərbaycanda və xaricdə keçirilən çoxsaylı treninq və tədqiqat turlarında iştirak edib. 2017-2020-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstandakı səlahiyyətli nümayəndəsi olub.

Bakı Dövlət Sirkinin əvvəlki direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə bir neçə gün əvvəl 67 yaşında vəfat edib.


Baxış sayı - 677 | Yüklənmə tarixi: 13.03.2021 13:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031