Bədirxan Əhmədlinin "Rabindranat Taqor: Yeni Hindistanın manifesti" kitabı çap olunub
![]()
Professor Bədirxan Əhmədlinin "Rabindranat Taqor: Yeni Hindistanın manifesti" kitabı çap olunub.
Manera.az xəbər verir ki, kitab "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb.
Kitabda dünya ədəbiyyatının klassiklərindən biri Rabindranat Taqorun (1861-1941) həyatı, fəaliyyəti, yaradıcılığı araşdırılır. Müəllif hind ədəbiyyatının görkəmli nümayəndəsi Taqor yaradıcılığını həyatı, mühiti, dünyagörüşü kontekstində təhlil edir, onun bir şair, yazıçı, dramaturq, rəssam, bəstəkar, aktyor, ictimai fikir adamı olaraq portretini yaradır. Bütövlükdə Taqorun yeni Hindistanın həyatında oynadığı roluna çağdaş prioritetlərlə qiymət verilir.
"Rabindranat Taqor: Yeni Hindistanın manifesti" monoqrafiyasının ön sözünün müəllifi akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, rəyçisi filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəliyevadır.![]()