manera.az
manera.az

Vüqar Əhmədin yeni monoqrafiyası çap olunub

📅 09.12.2019 07:25

Vüqar Əhmədin yeni monoqrafiyası çap olunub
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhmədin yeni monoqrafiyası çap olunub.

Manera.az xəbər verir ki, filologiya elmləri doktoru Vüqar Əhmədin “Salatın Əhmədlinin bədii publisistikası” adlı monoqrafiyası İnstitut Elmi Şurasının 19 sentyabr 2019-cu il tarixli 7 saylı qərarı ilə nəşr edilib.

Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Qürbət Mirzəzadədir.
Vüqar Əhmədin yeni monoqrafiyası çap olunub
Rəyçiləri isə Azərbaycan Dövlət Teleradiosu QSC-nin sədri, filologiya elmləri doktoru Rövşən Məmmədov və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevadır.

“Gənclik” nəşriyyatında işıq üzü görən kitabda yazıçı-publisist Salatın Əhmədlinin yaradıcılığında publisistikanın yeri və mövqeyi fakt və materiallar əsasında təhlilə cəlb olunur.

Monoqrafiyanın birinci fəsli “Azərbaycan publisistikasında Salatın Əhmədlinin yeri və mövqeyi”, ikinci fəsli isə “Salatın Əhmədlinin publisistikasında milli tarixi yaddaş, dil, ədəbiyyat və sənət məsələləri” adlanır.


Baxış sayı - 1 141 | Yüklənmə tarixi: 09.12.2019 07:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930