manera.az
manera.az

“Xosrov və Şirin” bədii teleserialının çəkilişləri başa çatıb

📅 02.09.2021 14:00

“Xosrov və Şirin” bədii teleserialının çəkilişləri başa çatıb
Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş 12 bölümdən ibarət “Xosrov və Şirin” bədii teleserialının çəkilişləri artıq başa çatıb.

“Azərbaycanfilm” Kinostudiyasından Manera.az-a verilən məlumata görə, “Xosrov və Şirin” serialında poemadakı hadisələrin kompozisiyası və süjeti saxlanılmaqla müasir dövrümüzə proyeksiya olunub.

Çəkilişləri Bakı şəhərinin Mərdəkan, Şüvəlan və Maştağa qəsəbələrində və Qobustan rayonunda aparılan serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, ssenari müəllifləri isə İlqar Fəhmi və Xəyyam Abdullzadədir. Xosrov obrazını Rüstəm Cəbrayılov, Şirin obrazını Kəmalə Piriyeva, Fərhadı isə Bəhruz Vaqifoğlu canlandırır.

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə istehsalıdır.

“Xosrov və Şirin” bədii teleserialının çəkilişləri başa çatıb
“Xosrov və Şirin” bədii teleserialının çəkilişləri başa çatıb


Baxış sayı - 470 | Yüklənmə tarixi: 02.09.2021 14:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031