manera.az
manera.az

Prezident Türkiyəyə yeni səfir təyin etdi - Sərəncam

Prezident Türkiyəyə yeni səfir təyin etdi - Sərəncam
Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Manera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, bu postda dövlət başçısının iyulun 26-da imzaladığı sərəncamla Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılan Xəzər İbrahimi əvəzləyib.

Xatırladaq ki, R.Məmmədov 1973-cü il oktyabrın 31-də Gəncə şəhərində anadan olub. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, 2002-2004-cü illərdə G.Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını, 2017-2020-ci illərdə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib.

Birinci Qarabağ müharibəsi veteranıdır.

O, əmək fəaliyyətinə 1990-1992-ci illərdə Ədliyyə Nazirliyinin Aparatında kargüzar kimi başlayıb. 1995-1996-cı illərdə Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi, 1996-2000-ci illərdə Bakı hərbi prokurorunun köməkçisi, 2000-2001-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin MDB idarəsində attaşe, 2001-2006-cı illərdə Azərbaycanın Rusiya səfirliyində üçüncü katib, ikinci katib, 2006-2008-cı illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq hüquq məsələləri şöbəsinin müdiri işləyib.

R.Məmmədov 2010-2015-ci illərdə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulu, 2015-ci ildən bu təyinatadək Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri olub.

İngilis və rus dillərini bilir.

Evlidir, üç övladı var.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031