Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 23-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
Manera.az xəbər verir ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 15 738 bakalavrdan 183 nəfəri imtahana gəlməyib. 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub.
İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 95 bal olub.
Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.