manera.az
manera.az

Vətən müharibəsi şəhidi haqqında kitab nəşr edilib

📅 29.06.2021 12:52

Vətən müharibəsi şəhidi haqqında kitab nəşr edilib
Bu günlərdə şair Faiq Hüseynbəylinin “Arzuların şəhidi” adlı yeni kitabı işıq üzü görüb.

Manera.az xəbər verir ki, kitab Cəlilabad rayonunun Alar kəndində anadan olmuş Vətən müharibəsi şəhidi Əkbər Azər oğlu Hüseynli haqqındadır.

Ailənin yeganə oğul övladı olan Əkbər Hüseynli təhsilini yarımçıq qoyaraq hərbi xidmətə getmiş, Murov ətrafındakı döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur.

Oxuculara Faiq Hüseynbəylinin poeması ilə birlikdə şəhid Əkbər haqqında Vəfa Mürsəlqızı, Arzu Göytürk, Gülnarə İsrafil, Şakir Xanhüseynli, Əlirza Həsrət, İltimas Səmimi, Elşad Barat, Tamara Nadirova, İlham Cəsur, İqbal Nəhmət, Xalid Mahmud, Bilal Alarlı, Ənvər Məsud, Allahşükür Ağa, Bəhruz Xəlil və digər şairlərin yazdığı şeirlər, həmçinin müxtəlif müəlliflərin kimlik yazıları təqdim olunur.

Kitabın “Ön söz”ünün müəllifi və redaktoru filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlıdır.


Baxış sayı - 1 015 | Yüklənmə tarixi: 29.06.2021 12:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031