manera.az
manera.az

Türkdilli dövlətlər ortaq layihəyə imza atıb

📅 20.05.2021 12:25

Türkdilli dövlətlər ortaq layihəyə imza atıb
Azərbaycan Televiziyasının təşəbbüsü ilə türkdilli dövlətlər ortaq layihəyə imza atıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Manera.az-a bildirilib ki, layihə “Türk dünyası” adlanır.

Həftədə bir dəfə yayımlanacaq verilişdə türkdilli xalqlardan birinin mədəniyyəti, tarixi, adət-ənənəsi barədə məlumatlar təqdim ediləcək.

Materiallar hər bir xalqın öz dilində səsləndiriləcək. Lakin Azərbaycan tamaşaçısının tam başa düşməsi üçün alt yazı əlavə olunacaq.

Layihənin təşəbbüskarı AzTV olsa da, verilişin bütün türkdilli ölkələrin TV kanallarında verilməsi planlaşdırılır.

İlk buraxılışın gələn həftə yayımlanması nəzərdə tutulub. Bu, Azərbaycanın türkdilli ölkələrlə sıx əməkdaşlığı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşündə dövlət başçılarının qaldırdığı təşəbbüslərə cavab olaraq yaradılan layihədir.


Baxış sayı - 819 | Yüklənmə tarixi: 20.05.2021 12:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930