manera.az
manera.az

Müəllimlərin işə qəbulunda yeniliklər - RƏSMİ

📅 28.04.2021 08:25

Müəllimlərin işə qəbulunda yeniliklər - RƏSMİ
Müəllimlərin işə qəbulu ilə bağlı yeni qərarlar qəbul edilib.

Manera.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev müsabiqə şərtləri haqqında rəsmi Feysbuk səhifəsində məlumat paylaşıb.

Nazir qeyd edib ki, müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı aşağıdakı yeni qərarlar qəbul edilib:

1. Bu tədris ilindən hazırda müəllim vəzifəsində işləyən şəxslər də müsabiqədə iştirak edə bilərlər;

2. Müsabiqənin test imtahanı mərhələsi müxtəlif regionlarda da təşkil ediləcək;

3. Namizədlərin imtahan nəticələri bir tədris ili ərzində qüvvədə qalacaq; (yəni ötən ilin nəticələri bu il qüvvədə qalmayacaq).

4. Namizədlərin imtahan nəticələrinin eyni olması hallarında vakansiya seçimi müxtəlif meyarlar (ixtisas fənni üzrə nəticəsi, təhsil pilləsi və səviyyəsi, təhsil haqqında sənədi (adi, fərqlənmə), pedaqoji stajı, yaşayış yeri)) əsasında aparılacaq.


Baxış sayı - 707 | Yüklənmə tarixi: 28.04.2021 08:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930