manera.az
manera.az

Müəllimlərin işə qəbulu ilə bağlı dəyişiklik edildi

📅 13.06.2020 07:07

Müəllimlərin işə qəbulu ilə bağlı dəyişiklik edildi
Bu ildən artıq müəllimlərin işə qəbulu müsabiqəsində namizədlərin topladıqları ballar iki tədris ili ərzində qüvvədə qalmayacaq.

Manera.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, əvvəl müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək uğurla keçən namizədlərin topladıqları ballar iki tədris ili ərzində qüvvədə qalırdı. Namizəd həmin bal əsasında növbəti ilin müsabiqəsinə qatıla bilirdi:

“Lakin artıq bu ildən bu məsələ ləğv edilib. Namizədlərin topladıqları ballar bir il ərzində qüvvədə qalacaq. Ötən il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər də bu il həmin ballardan istifadə edərək müsabiqəyə qatıla bilməyəcəklər”./trend.az/


Baxış sayı - 2 125 | Yüklənmə tarixi: 13.06.2020 07:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930