manera.az
manera.az

Qazaxıstan koronavirusa qarşı vaksin hazırladı

📅 25.04.2021 18:23

Qazaxıstan koronavirusa qarşı vaksin hazırladı
Qazaxıstan COVID-19 virusuna qarşı ilk milli vaksinini hazırlayıb.

Manera.az xəbər verir ki, vaksin Bioloji Təhlükəsizlik Problemləri Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanıb.

QazVac adı alan vaksinin ilk partiyasının paylanması üçün təşkil olunan mərasimə baş nazirin müavini Eralı Tuqjanov da qatılıb.

Jambıl vilayətinin Korday rayonunda, Qvardeyski qəsəbəsində biofarmasevtik zavodun tikinti işləri ilə tanış olan hökumət rəsmisi gələcəkdə görüləcək işlərdən danışıb.

“Qazaxıstan vaksinini yaradılması ölkəmizi öz vaksinini istehsal edən 5 dünya ölkəsindən birinə çevirdi. Bu təkcə xalqın sağlamlığı məsələsi deyil, həm də milli elmin inkişafı, biofarmasevtikada müasir texnologiyaların tətbiqidir”- deyə Tuqjanov söyləyib.

"QazVac"ın ilk 50 min dozu artıq ölkə üzrə tibb məntəqələrinə paylanılıb. Aprelin 26-dan ölkə üzrə vaksinasiyaya başlanılacaq və hər ay 500-600 min doz vaksinin istehsalı gözlənilir.


Baxış sayı - 449 | Yüklənmə tarixi: 25.04.2021 18:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930