Bu türk ölkəsi latın əlifbasına keçir

Qazaxıstan cəmiyyəti tədricən latın əlifbasına keçəcək.
Manera.az xəbər verir ki, bu fikir Qazaxıstan Prezidenti Kasım-Jomart Tokaevin "Komsomolskaya Pravda"ya müsahibəsində yer alıb.
Qazaxıstan Prezidenti bu prosesin Nursultan Nazarbayev tərəfindən mənəvi modernləşmə konsepsiyasının bir hissəsi olaraq başlandığını və latın əlifabsının yalnız qazax dilinə təsir edəcəyini, rus dilinin vəziyyətinə təsir göstərməyəcəyini bildirib.
Ölkə başıçısı qazax əlifbasının modernləşdirilməsinin qazax dilinin ünsiyyət imkanlarını genişləndirəcəyini, eyni zamanda, Orta Asiya dövlətlərinin təcrübəsinin nəzərə alınacağını deyib.