manera.az
manera.az

Kafkanın “Seçilmiş əsərləri” işıq üzü gördü

📅 12.04.2021 12:39

Kafkanın “Seçilmiş əsərləri” işıq üzü gördü
150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasının ilk nəşri – dahi Avstriya yazıçısı, əsərləri ilə XX əsr dünya ədəbiyyatında yeni mərhələ yaratmış Frans Kafkanın ikicildlik “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzindən Manera.az-a bildirilib ki, “Hekayələr”, “Pritçalar”, “Gündəliklər”, “Xatirələr” “Romanlar” kimi fəsillərdən ibarət kitaba yazıçının orijinaldan tərcümə edilmiş “Hökm”, “Çevrilmə”, “Yuva”, “Bir savaşın təsviri”, “Ocaqçı”, “Bədbəxtlik”, “Cəza koloniyası”, “Balaca qadın”, “Kənd həkimi”, “Müğənni Jozefina” kimi məşhur hekayələri, “Körpü”, “Çalağan”, “Yuxu”, “İmtahan”, “Qaçış”, “Qonşu”, “Gecə”, “Poseydon” və digər pritçaları, “Məhkəmə”, “Qəsr” romanları, gündəlik və müsahibələri daxil edilib.

Əsərləri alman dilindən tanınmış tərcüməçilər Vilayət Hacıyev, Çərkəz Qurbanlı, Yusif Savalan və digərləri tərcümə edib. Kitabın tərtibçisi Mahir N.Qarayevdir.

Kafkanın “Seçilmiş əsərləri” işıq üzü gördü




Baxış sayı - 684 | Yüklənmə tarixi: 12.04.2021 12:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930