manera.az
manera.az

“Dünya ədəbiyyatı kitabxanası” seriyasından 6 kitab çap olundu/ MANERA.AZ

📅 25.01.2017 12:45

“Dünya ədəbiyyatı kitabxanası” seriyasından 6 kitab çap olundu/ MANERA.AZ


Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamına əsasən çap olunan 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” (DƏK) seriyasından daha 6 kitab işıq üzü görüb. Bakı Kitab Klubundan Teleqraf.com-a verilən məlumata görə, yeni kitablar bunlardır:

1. Henrix Heyne. Seçilmiş əsərləri
2. Akutaqava Rünoske. Seçilmiş əsərləri
3. Çarlz Dikkens. Seçilmiş əsərləri
4. Bertold Brext. Seçilmiş əsərləri
5. Skandinaviya ədəbiyyatı antologiyası
6. Amerika ədəbiyyatı antologiyası

Bununla da DƏK seriyasından çap olunan kitabların sayı 124-ə çatıb. Qeyd edək ki, sözügedən seriyadan olan kitabların çapına 2009-cu ildən başlanılıb. Kitablar dörd bölümdə nəşr edilir: 45 kitab klassik dünya ədəbiyyatından, 40 kitab Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərlərindən, 40 kitab müasir dünya ədəbiyyatından, 25 kitab isə dünya ədəbiyyatı üzrə antologiyalardan ibarətdir. Kitabların 120-si Azərbaycan dilində ilk dəfə nəşr olunur.

MANERA.AZ


Baxış sayı - 3 953 | Yüklənmə tarixi: 25.01.2017 12:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031