manera.az
manera.az

Elçin Hüseynbəylinin pyesi Dərbənddə səhnələşdirilir

📅 20.03.2021 16:07

Elçin Hüseynbəylinin pyesi Dərbənddə səhnələşdirilir
Yazıçı-dramaturq Elçin Hüseynbəylinin “İmperator” pyesi Dərbənd Azərbaycan Dövlət Dram Teatrında tamaşaya hazırlanır.

Manera.az-ın verdiyi xəbərə görə, tamaşaya Kaysin Kuliyev adına Balkar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi və Dövlət mükafatı laureatı Maqomed Atmurzayev quruluş verir.

Rolları Hörmət Aslanov, Sərxan Səmədov və Tamilla Mehrabova ifa edir.

Tamaşanın bu ilin mayında premyerası gözlənilir.

Bu barədə məlumatı Teatrın direktoru, Dağıstan respublikasının Əməkdar mədəniyyət işçisi Firdovsi Əsgərov verib.

Qeyd edək ki, “İmperator” pyesinə ölkəmizdə bir neçə dəfə, müxtəlif rejissorlar tərəfindən quruluş verilib, İsveçdə həmvətənlərimiz üçün nümayiş etdirilib. /kulis.az/


Baxış sayı - 587 | Yüklənmə tarixi: 20.03.2021 16:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930