manera.az
manera.az

“Elanla gəlin” tamaşasını təqdim edildi

📅 04.05.2015 13:01

“Elanla gəlin” tamaşasını təqdim edildi

Bu günlərdə Dağıstanın Dərbənd Dövlət Azərbaycan Dram Teatrı İtaliya dramaturqu K.Haldoninin pyesi əsasında “Elanla gəlin” tamaşasının yeni tamaşasını teatrsevərlərin ixtiyarına verib.

İtaliya milli komediyasının banisi K.Haldoninin yaradıcılığının son dövrlərində (1763) yazdığı “Elanla gəlin” (pyesin digər adı “Müsabiqə ilə nigah”dır) komediyasını azərbaycan dilinə Dağıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Yaqut Xandadaşova tərcümə edib.

Teatrın direktoru Yadulla Həşimovun manera.az-a verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru beynəlxalq teatr festivalları laureatı, “Turandot” Teatrının bədii rəhbəri Vladimir Jukov, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır. Tamaşada Əlimövsüm Abbasov, Kəmalə Rzayeva, Rəhilə Ömərova, Əfsanə Məlikova, Məhərrəmov Ömərov, Dinşah Abdulqafarov, Hörmət Aslanov, Canpolad Əmiyev, Furqat Aslanzadə, Sərxan Səmədov, Saladunxan Bədirxanov, Diləfrüz Şıxməmmədova, Təhminə Ömərova, Mədinə Hacıağayeva, Nazim Bəybalayev və Səidə Əliyeva çıxış edirlər.

Turan
Manera.az


Baxış sayı - 1 714 | Yüklənmə tarixi: 04.05.2015 13:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930