manera.az
manera.az

Azərbaycanda yeni dövlət universiteti yaradılır

📅 10.03.2021 19:37

Azərbaycanda yeni dövlət universiteti yaradılır
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının bazasında Şəki Dövlət Universitetinin yaradılması məqsədi ilə aidiyyəti üzrə müraciət edilib.

Manera.az
xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, hazırda ADPU-nun Şəki filialında 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Hər il filiala müxtəlif ixtisaslar üzrə təxminən 270-280 tələbə qəbul olunur, ümumilikdə isə filialda 1000-ə yaxın tələbə təhsil alır.

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.


Baxış sayı - 682 | Yüklənmə tarixi: 10.03.2021 19:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031