manera.az
manera.az

Köməksizlik düşüncəsi... stress... depressiya

📅 21.02.2021 10:44

Köməksizlik düşüncəsi... stress... depressiya

S.O.S. - İntihar tətiyi

Hamıdan qaçmaq, paranoydallıq
Hədsiz qadağalar, aşırı qısqanclıq
Mədəni inanclıq
Cəsarətsizlik və tənbəllik
Gecəni tərk edən yuxu və itirilən enerji
Gecənin bioaktivliyi və bədənin hiperaktivliyi
Sauna, aritmiya, tərləmək, isti
Davamlı aramsız çəkilən siqaret, tüstü
Rejimsiz qidalanmaq
Paketli quru yemeklər, acı adviyyatlar
və sərfiyyatlar
Redbul, tatirovka, emolu dəblər
Spirtli içkilər, “lirika” havasındakı həblər
fahişələr, heroin,həzzə yönələn qollar
Beyni silkələyən “travmalı dollar”
Ağlımızı təpikləyir
Bədənimizi çürükləyir
İntihara tətikləyir.

Yorğunluq, halsızlıq, haqsızlıq, təqiblər
Gecikən bank faizləri, zənglər, təzyiqlər
Tutmayan topaz kuponları
Loto oyunlar, söyüşlər
Təmin olunmamış istəklər
Özünü günahlandırma, özünü tənqid, özünə nifrət simptomu
Serotonin, endorfinin azalması, tükənmişlik sindromu
Göz şişmələri, kompyuter və telefona hədsiz yaxınlıq
Özünə baxımsızlıq,
ailəyə bağımsızlıq,həyat yoldaşına yaxınsızlıq
keçinməzlik, dırdırlıq epidemiyası
Ütüsüz paltar, dağınıqlıq, dalğınlığın duyğularda mediyası
Məxsus olduqlarını paylamaq
Dərdini paylaşmamaq, bölüşməmək
Münaqişələrin uzun uzadı seriyası
Hüzünlü mahnılar, huzursuz rəsimlər,
Suisidal davranışlar, özünü incitməyə cəhdlər
Televiziya xəbərləri – qəsdlər
Köməksizlik düşüncəsi... Stress... depressiya
İnamsızlıq, yox olmuş gələcək və missiya
Dağılmış yaşam tərzinin tör töküntüsü
boğularaq can verən hönkürtüsün
Şeytan eşidir, alqışlayır,çəpikləyir
İnsanı qeybə sürükləyir
İntihara tətikləyir.

Ayrılıq, kirayə, evsizlik
İşsizlik, kişisizlik, KİŞİLİK
Tənhalıq, tək hallıq, təkallahlılıq
Halallıq və haramlıqda doğruları itirmək
Kitabsızlıq və ya kitablarla sutkanı bitirmək
Çox bilmək və bildiklərini deyə bilməmək,
İntiharı tək allahın xofundan asılı saxlamaq,
Hər kəsdən gizli bir notları yazılı saxlamaq
Ehtirasın zirvəsindən yıxılıb ismətinin ətəyində sürünmək
İnsanlara ikrah hissi, yox yaxşı pisi, eyni bezin bir hissəsi düşünmək
Günahının böyükluyündən açılmaq-bürünmək
Vərdişlikdən oxşar hərəkət və səcdələr,
Boğaza qədər səhvlər, kəsə yollu hədəflər
Zifaf gecələri və ona xilaf gecələr
Sağalmaz xəstəliklər və şablon necələr
Dözümsüzlük, həkimlərdən panaseya arzusu
Qazanılan pulun çöldə yeyilən ruzusu
Həyat kədərindəki intonasiya
Boğaza düyünlənmiş evtanaziya
Ümid və optimizm hisslərinin itməsi
Gözündəki hər şeyi xırdalayır, qəpikləyir
Boynunu kəndirə hörükləyir
İntihara tətikləyir..

Elşad can Şamil
Köməksizlik düşüncəsi... stress... depressiya


Baxış sayı - 636 | Yüklənmə tarixi: 21.02.2021 10:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031