manera.az
manera.az

DİM-dən abituriyentlərə maska ilə bağlı xəbərdarlıq

📅 11.08.2020 12:21

DİM-dən abituriyentlərə maska ilə bağlı xəbərdarlıq
Dövlət İmtahan Mərkəzi tərəfindən II və III qruplar üzrə 13-14 avqust tarixlərində respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları keçiriləcək.

Manera.az xəbər verir ki, iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər.

Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır.

İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.


Baxış sayı - 867 | Yüklənmə tarixi: 11.08.2020 12:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031