manera.az
manera.az

Bu şanlı zəfəri yaşatdız bizə - Gənc şairdən şəhid şeirləri

Bu şanlı zəfəri yaşatdız bizə - Gənc şairdən şəhid şeirləri

MANERA.AZ gənc şair İltimas Səmiminin şeirlərini təqdim edir:


BU ŞANLI ZƏFƏRİ YAŞATDIZ BİZƏ

İkinci Qarabağ savaşında - Cəbrayıl uğrunda qəhrəman casına şəhid olmuş,
"Vətən Müharibəsi Qəhrəmanı"
mayor Amid Rəbbil oğlu Heydərovun
əziz xatirəsinə


Cəbrayıl torpağı -Nuzigar kəndi,
Torpağı qum kimi göyə sovrulur.
Topların səsindən dağlar titrəyir,
Atəşdən, alovdan daşlar ovulur.

Mərmilər od saçır, tanklar yeriyir,
Yayılır havaya toz duman kimi.
Bayrağa and içən igid oğullar,
Yüyürür irəri qəhrəman kimi.

Cəbrayıl qadalı döyüş meydanı,
Atılan hər mərmi yüz düşmən biçir.
Tanklar yeridikcə torpaq diksinir,
Hər döyüş heyəti sınaqdan keçir.

Toplara, tanklara həmlələr edən,
Düşmən istikamı yarıb dağıdan.
Qəhrəman Amiddə bir aslan kimi,
Ürəyi vətənlə döyünüb hər an.

Hər uğur bir sevinc, ruhlanır ürək,
Doğmadı igidə vətən torpağı.
Bu haqq savaşında hünər göstərir,
Hər yeni həmlədən qovulur yağı.

Tankçı Amidin də bu sücayəti,
Şimşək tək çaxmağı istəkdən gəlir.
Ona müqəddəsdir Həzinin yolu,
Ən gözəl arzular ürəkdən gəlir.

Aprel döyüşlərdən uzanan bu yol,
Qəhrəman zabitin həyat yoludur.
Hər yeni uğurdan ilhamlanaraq,
Qələbə millətin nicat yoludur.

Cəbrayıl torpağı -Nuzigar kəndi,
Torpağı qum kimi göyə sovrulur.
Topların səsindən dağlar titrəyir,
Atəşdən, alovdan daşlar ovulur.

Bu da döyüşçünün qəhrəmanlığı,
Bu da bir əbədi vətən sevgisi.
Anılar hər zaman, anılar hər an,
Gələn nəsillər də unutmaz sizi.

Ey bizə qələbə yaşadan ərlər,
And olsun, müqəddəs vətənimizə.
Millətim heç zaman unudan deyil,
Silindi qəlblərdən bu acı nisgil,
Vətəndən ötəri canından keçib
Bu şanlı Zəfəri yaşatdız bizə...


VƏTƏN TORPAĞININ QƏHRƏMAN OĞLU

İkinci Qarabağ savaşında - Murov dağı uğurunda qəhrəmancasına şəhid olmuş, "Qarabağ" ordenli polkovnik - leytenant
Mehman Mirəziz oğlu Şirvanovun əziz xatirəsinə böyük ehtiramla.

Şaxtalı, çovğunlu, boranlı Murov,
Ağır sınaq oldun qəhrəmanlara.
İgid oğulların məramı zəfər,
Bir də qərq olmasın yurd hicranlara.

Bu haqq savaşında canından keçən,
Qəhrəman Mehmanın ömrü bir dastan.
Düşmən istikamı yarıb keçərək,
Fəqət dayanmayıb döyüşdə bir an.

Qəhrəman zabitin, igid zabitin,
Ürəyi vətənlə döyünüb hər an.
Silaha sarılıb böyük inamla,
O üzüağ çıxıb bu imtahandan.

Vətən! Mehmanların, Mübarizlərin,
Çətin sınaqlarda dayağın oldu.
Hər uğur, hər zəfər birlikdən keçir,
Ümidlər sönməyən çırağın oldu.

Torpağa and içən ər oğulların,
Öpüb bayrağını, öpüb ürəkdən.
Aprel döyüşlərin davamı kimi,
Bu haqq savaşımız başlandı, Vətən!

Coşdu damarlardan Həzinin qanı,
Vətən sevgisiylə vuruşanların.
Doğma Qarabağım ruhum, nəfəsim,
Vətən, unudulmaz qəhrəmanların.

Qəhrəman Mehmanın döyüş dastanı,
Hələ dildən - dilə dolaşıb gəzər.
Qələbə millətin şanlı tarixi,
Gələn nəsillər də fəqət sevinər.

Üzü sabahlara adlayıb gedən,
Millətin amalı, məramı birdir.
Çox acı bəlalar yaşadın, Vətən!
Hər şəhid məzarı ocaqdır, pirdir.

Ağrı yaşamasın bir də bu millət,
Vətən səmaları buludsuz olsun.
Torpaq nisgilini yaşayanların,
Ömrünə əbədi günəş doğulsun.

Torpağın qoynunda Mehmanların da,
Qoy ruhu sevinsin belə hər zaman.
Beşiyim, məzarım, odum, ocağım,
Xətai torpağı, alın yazımsan.

Amalı qələbə olan igidin,
Bu da haqq savaşı, bu da haqq yolu.
Yaşayar hər zaman xatirələrdə,
Vətən torpağının qəhrəman oğlu.


TORPAĞIN QOYNUNDA BİR İGİD YATIR

İkinci Qarabağ savaşında
–Vətən uğurunda şəhid omuş,
“Zəfər” ordeni və bir neçə medalla
təltif olunan polkovnik Babək
Mətləb oğlu Səmidlinin əziz xatirəsinə


Yenə ürəyimdə yazmaq həvəsi,
Dilimdən düşməyən zəfər kəlməsi.
İgidlər vətənin döyünən nəbzi,
Torpağın qoynunda bir igid yatır.

Ya qalib, ya qazı, ya şəhid olaq,
Həsrət ümman-ümman, dərd qalaq-qalaq.
Qadalı günlərə bir nəzər salaq,
Torpağın qoynunda bir igid yatır.

Babək Səmidli də böyük qəhrəman,
Nəsildən- nəsilə anılar hər an.
Zəfər salnaməsin vüqarla yazan,
Torpağın qoynunda bir igid yatır.

Enib bu matəmə vətən bayrağı,
İgidin itkisi bir ürək dağı.
Açıb qollarını Göyçay torpağı,
Torpağın qoynunda bir igid yatır.

Qopur ürəklərdən bir fəryad, bir ah,
Daha əvvəlki tək açılmaz sabah.
İgidlər torpağa aparır pənah,
Torpağın qoynunda bir igid yatır.

Bir könül ağrısı, bir ürək qəmi,
Dərdini söyləmək əzab deyilmi?
Həsrət bağrımızda fəqət dağ kimi.
Torpağın qoynunda bir igid yatır.

Vətən eşqi ilə ürəyi dolu,
Bir həyat dastanı, bir döyüş yolu.
Bu odlar yurdumun bükülməz qolu,
Torpağın qoynunda bir igid yatır.

Babək Səmidli də böyük qəhrəman,
Nəsildən- nəsilə anılar hər an.
Zəfər salnaməsin vüqarla yazan,
Torpağın qoynunda bir igid yatır.
18.01.2021


QƏHRƏMAN İQBALIM ANILAR HƏR AN

İkinci Qarabağ savaşında Füzuli –Cəbrayıl uğurunda
qəhrəmancasına şəhid olmuş, "Vətən uğrunda" və "Qüsursuz xidmətə görə" medalı ilə təltif olunan
palkovnik leytenant İqbal Əhmədağa oğlu Bayramovun əziz xatirəsinə.

Ötdü üstünüzdən qara buludlar,
Döyüşlər nə ağır bir sınaq oldu.
Qalandı od kimi torpaq həsrətin,
Vətən söylədikcə gözlərin doldu.

Həmlələr, hücumlar hünərdən keçir,
Zəfər eşqi ilə coşdun ümman tək.
Qorxmadın ər kimi oddan, atəşdən,
Qabardı, kükrədi köksündə ürək.

Qorxutmaz igidi bir vaxtsız ölüm,
Sevin ana yurdum ərənlərin var,
Amalı, niyyəti, arzusu zəfər,
Gələcək günlərin uğurlu olar.

Hər yeni zərbədən basılır yağı,
İgidim, uğurlar bu intiqama.
Çağlayan ümmandır Müzəffər Ordum,
Baxıb şairin də gəlir ilhama.

Dünya yaranışdan tarixi qədim,
Şəhidlik adından uca admı var?
Alıb İlahidən mükafatını,
Qəhrəman oğullar, igid oğullar.

Cəbrail, Füzuli döyüş dastanı,
Bu bir ağır sınaq, ağır imtahan.
Bu şanlı qələbə əbədi sevinc,
Qəhrəman İqbalım anılar hər an.

Həmlələr, hücumlar hünərdən keçir,
Zəfər eşqi ilə coşdun ümman tək.
Qorxmadın ər kimi oddan, atəşdən,
Qabardı, kükrədi köksündə ürək.
24.01.2021


DANIŞ QƏHRƏMANIM DÖYÜŞ YOLUNDAN

Şuşanın azad olunması
cənab Ali Baş Komandana
məruzə edən "Zəfər" ordenli
mayor Zaur Şirinbəy
oğlu Rəhimova həsr edirəm


Xocalı yarası sağalan deyil,
Doğma Qarabağın həsrəti yaman.
Qələbə millətin səadətidir,
Danış qəhrəmanım döyüş yolundan.

İçinə çəkdiyin barıt qoxusu,
Bir vaxtsız, vədəsiz ölüm kabusu.
Bu amal, bu məslək bir alın yazı,
Danış qəhrəmanım döyüş yolundan.

Amandır artmasın həsrətin yaşı,
Boyuna biçilib bu haqq savaşı.
Doğmadı bu yurdun torpağı, daşı,
Danış qəhrəmanım döyüş yolundan.

Zəfərə uzanan haqq yolu seçdin,
Bu doğma torpağa sən də and içdin.
Şaxtalı, çovğunlu Murovdan keçdin.
Danış qəhrəmanım döyüş yolundan.

Üşüyən ürəyi vətən isidir,
Şuşa bu millətin vuran nəbzidir.
Hünər qalibiyyət salnaməsidir,
Danış qəhrəmanım döyüş yolundan.

Vətən torpağımın Mübarizləri,
Sizinlə qazandıq şanlı zəfəri.
Gözlər yol çəkirdi illərdən bəri.
Danış qəhrəmanım döyüş yolundan.

Ulu millətimin bükülməz qolu,
Bəxtinə yazılıb Həzinin yolu.
Vətən sevgisiylə ürəyin dolu,
Danış qəhrəmanım döyüş yolundan.
01.12.2020Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031