manera.az
manera.az

İki sevən ürəyin bir xatirə heykəli - Əlirza Həsrət yazır

İki sevən ürəyin bir xatirə heykəli - Əlirza Həsrət yazır
Ədəbi orqanlarda,sosial şəbəkələrdə tez-tez rast gəldiyim imzalardan biri də istedadlı şair Allahşükür Ağadır.

O şeirlərində yaratdığı obrazlarla,maraqlı süjet xətləriylə oxucuları heyrətləndirməyi bacaran qələm sahibidir.

“Saatım min dəfə “bir” olub” şeirində ki,
Sən demə o qızın gülüşü altda,
Dünyanın yüz əsir soyuğu varmış.


deyimi necə də düşündürücüdür.

“Ləpir” şeirini oxuyanda,sanki bədii filmə baxmış kimi olursan. Hər misranı canlı görürsən.

Axşam qoyub gəldiyim izlərimi,
Səhər qarşılayıram,
Demək,yaşayıram....
Gözəldir, vallah
Və ya
Bir balaca alagöz sərcə su içir
Ayaq izlərindən......

İki sevən ürəyin bir xatirə heykəli - Əlirza Həsrət yazır
Müəllifin bu şeiri adamın ürəyinə sərçənin ayaq izlərindən içdiyi su kimi sərinlik gətirir.

Onun “Xatirələr” şeirində:

Körpə dodağında lalələr solub,
Təzə sevgisindən sıxılır hələ,


Və ya

Burda ürəyimiz yanaşı durub,
Bu parkı salıblar xatirəmizə.


Obrazda gözəlliyə bax da...Sanki İki sevən ürəyə qoyulmuş xatirə heykəlidir bu şeir.

Allahşükür Ağanın demək olar ki,bütün şeirlərində belə gözlənilməz poetik ifadələrə rast gəlmək mümkündür.

“Kənd yollarındakı araba” şeirinə nəzər salaq.

Bir araba yonca,
Yol boyunca,
Arxayınca
Gedir,gedir,ləng gedir.
Elə bil ki,kənd gedir....


Bax,budur əsil poeziya nümunəsi.Şeiri oxuduqca, kələ-kötür kənd yollarında gedən arabanın təkərlərinin səsi də adamın qulağına gəlir...

Budur Allahşükür Ağanı başqa qələm adamlarından fərqləndirən cəhət. Belə poetik tapıntılardır Allahşükür poeziysını oxuculara sevdirən.

Müasir bədii ədəbiyyatımıza töhvədir Allahşükür Ağanın maraqlı süjetlərlə,qeyri-adi obrazlarla zəngin olan poeziyası....

Şeir meydanında yolunu yaşıl işıqlar bəzəyən şair Allahşkür Ağanı qarşıda hələ çox uğurlar gözləyir.

Necə ki, “Səs salmayın” şeirində dediyin kimi ,” Xəbər gözləyir nənəm,Çoxdandır dayanıb bir səsin nişanında” ....

Oxucular Səni yeni şeirlərinin nişanında gözləyirlər...Yolun açıq olsun, şair Allahşükür Ağa!

Əlirza HƏSRƏT
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031