manera.az
manera.az

ÜST-dən şok: Virus mutasiyaya uğradı, sürətlə yayılır

📅 20.12.2020 16:00

ÜST-dən şok: Virus mutasiyaya uğradı, sürətlə yayılır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sentyabrda İngiltərədə koronavirusun mutasiyaya uğramış yeni formasının aşkarlandığını açıqlayıb.

Manera.az xəbər verir ki, koronavirusun mutasiyaya uğramış halı daha sonra Danimarka, Niderland və Avstraliyada da qeydə alınıb. Həmçinin Cənubi Afrika Respublikası virusun yeni forması ilə bağlı narahatlığını bildirib.

Mutasiyaya uğramış yeni növün İngiltərədə əvvəlcədən olduğu və ya ölkəyə sonradan daxil olması barədə heç bir məlumat yoxdur. Yeni virusa qarşı peyvəndlərin təsirli olub-olmayacağı da açıqlanmır.

Artıq Londonda infeksiyanın yayılması təhlükəsinin dördüncü (maksimal) səviyyəsi elan edilib. Mağazalar, gözəllik salonları, idman zalları, restoran və kafelər bağlanıb.


Baxış sayı - 530 | Yüklənmə tarixi: 20.12.2020 16:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031