Koronavirusun daha bir əlaməti
650 minə yaxın insanın ölümünə səbəb olan koronavirusun daha bir nadir əlaməti aşkar edilib.
Manera.az xəbər verir ki, bunu Melbrundakı Kral xəstəxanasının tibb bacısı Emili Morris əlaməti öz üzərində müşahidə edib.
O xəstəxananın təcili tibbi yardım şöbəsində çalışır və müntəzəm olaraq COVİD-19 xəstələri ilə kontaktda olur. Bir müddət öncə o ətraflarında yorğunluq əlamətləri hiss edib. Əvvəlcə bunun işin çoxluğu, ayaq üstə çox zaman keçirməsi ilə bağlı olduğunu düşünüb. Lakin tibb bacısının COVİD-19 testi pozitiv çıxıb.
Xatırladaq ki, bu zamana kimi koronavirusun 11 əlaməti aşkar edilib. Bunların arasında ən əsası qızdırma, öskürək, halsızlıq, əzələ ağrıları, ishal və s. var.