manera.az
manera.az

Aparır qan izi üzü Şuşaya..

📅 19.10.2020 11:23

Aparır qan izi üzü Şuşaya..
Şahnaz Şahin

Vətən çağırır

Hər gün qulağımı bir səs oxşayır,
Könlümə yüz boya çəkən çağırır.
Ruhunu Vətənin ruhuna qatan,
Canını bayrağa bükən çağırır.

Sevinir hər çiçək, hər yarpaq, hər kol,
Bu qaya səsləyir, o dağ çağırır.
Murovdan o üzə süzür xəyalım,
Bütün varlığıyla torpaq çağırır.

Qisas deyib durub gör neçə ildi,
Məzarı dağılan ruhlar çağırır.
Aparır qan izi üzü Şuşaya,
Didilmiş bədənlər, başlar çağırır.

Ağrı-ağrı kəsir ağrılarım da,
Gözlərdə çırtlayan yaşlar çağırır.
O daş yaddaşına qurban olduğum,
Dərələr əl edir, daşlar çağırır.

Səngərdən səngərə qonur quş kimi,
Müzəffər ordunun qalib əsgəri.
Başının üstündə üçrəngli bayraq,
Yıxır sərhədləri, aşır sədləri.

İnsantək dil açır hər çığır, hər iz,
Cəngi haraylayır, segah çağırır.
Get, sənə, igidim, uğurlar olsun,
Səni o müqəddəs sabah çağırır...!


Baxış sayı - 831 | Yüklənmə tarixi: 19.10.2020 11:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930