manera.az
manera.az

Sən etdin bu xalqın üzün ağ, əsgər - ŞEİRLƏR

Sən etdin bu xalqın üzün ağ, əsgər - ŞEİRLƏR
MANERA.AZ həkim-şair Zakir Ağdamlının şeirlərini təqdim edir:

Qayıdım

Ey Ulu Yaradan qanad ver mənə,
Sərhəd dirəklərin keçim ,qayıdım!
Cənnət Qarabağın havasın udum,
Onu dərman kimi içim, qayıdım!

Çoxu bir Allahı göydə dansa da,
Yuvam uçurulub, viran qalsa da.
Həsrətdən ürəyim alovlansa da,
Yurduma qolumu açım, qayıdım!

“Ağa körpüsü”ndə bir an dayanım,
Yetirsin özünü dostum,həyanım.
Qoy “Yarım gəldi”-də qaynasın qanım,
Ordan Kirs dağına qaçım, qayıdım!

Qoy dalım xəyala “Cıdır düzü”ndə,
Yoxdu bərabəri bu yer üzündə.
Əks etsin Günəşi o Kirs özündə,
Dolsun o nur ilə içim, qayıdım!

Zakir Koroğlutək çəkəndə nərə,
Dolsun igidlərlə bu dağ,bu dərə.
Böyük qələbəyə,şanlı zəfərə,
Bir uğur libası biçim, qayıdım!

Ürəyimdə

Anamın xatirəsinə

Qurban hər ilinə, anına sənin,
And olsun o əziz canına sənin,
Tez-tez ğəlməsəm də "yanına" sənin,
Hər ğün ğöndərirəm gül ,ürəyimdə!

Əridim ilbəil, qocaldım hər ay,
Namərd fitnəsinə qopardım haray.
Könlüm İmarətdir, ürəyim Saray,
Çox uca yerin var, bil, ürəyimdə!

Gəlimli_ğedimli, belədi həyat,
Tez-tez yuxuma gəl, röyama bal qat!
Gedəm ata yurda, dəyişə ovqat,
Nə vaxtdır ğəzdirrəm mil, ürəyimdə!

Əsgər

Başımız üstünü alıb duman-çən,
Dövlətlər yağını qoruyur nədən?
Məğlub durumundan qurtardı Vətən,
Sən etdin bu xalqın üzün ağ, Əsgər!

Vətənə çəpərik, nə qədər sağıq,
Yataq yaraların sağaldacağıq.
Qələbə marşını ucaldacağıq,
Bil ki, uzaq deyil həmin çağ, Əsgər!

Kirsin zirvəsindən qartallar enməz,
Ana qucağıdır, sığınsan dinməz!
Tarixi eradan qədim, bilinməz,
Cənnət misallıdır Qarabağ, Əsgər!

Haqsız zəbt olunub böyük ərazi,
Yurdu qoruyandan Allah da razı!
İgid ŞƏHİD olar, ya da ki, QAZİ,
O da sağ sayılır, bu da sağ , Əsgər!

Zakirin uşaqlıq arzularıdır,
Bağların bəhəri, dağın qarıdır!
Qəlbə ilham verir, ruhu yarıdır,
Yüz çiçəkli çəmən, bulaq, dağ, Əsgər.

Ordum

Orda Mete Xandır, burda Atilladır,
Cavanşir, Babəkin ruhu dardadır!
Xətai qılıncı nə ovxardadır?
Doğma torpağına şərəf, şan, Ordum!
Hər bir uğuruna mən qurban, Ordum!

Bir qarış torpaq da Vətən, sərhəddi!
Dolan, gəz yurdunu, itən sərhəddi!
Yağıya qan uddur, tanısın həddi!
Ən yeni silahla silahlan, Ordum!
Hər bir uğuruna mən qurban, Ordum!

Burda Koroğlular at oynatmışdır,
Nəbilər, Kərəmlər çöldə yatmışdır!
Sumbatlar həmişə yurdu satmışdır,
Axı mərd doğulmur , hər insan, Ordum!
Hər bir uğuruna mən qurban, Ordum!

Xaçmazım, Qusarım, Şəkim, Şirvanım,
Qazax, Ğəncəbasar, Milim, Muğanım,
Masallım, Yardımlım, Nəqşi-Cahanım!
Düz doqquz iqlimdə yaşayan, Ordum!
Hər bir uğuruna mən qurban, Ordum!

Ağdam ğövhərimdi, Şuşa şahımdı!
Qubadlı vüqarım, Laçın ahımdı!
Kəlbəcər çiçəkli seyrəngahımdı!
Öz doğma yurdunu qoruyan, Ordum!
Hər bir uğuruna mən qurban, Ordum!

Zakir, can evində yanan ürəkdir,
Haqq biz tərəfdədir, bizə dirəkdir.
Arzumuz Od Yurdun azad ğörməkdir!
Çoxdan ğözlərimi tutub qan, Ordum!
Hər bir uğuruna mən qurban, Ordum!

Gəldim

Keçirdiyim səksəkədi,
Səbrim yanıb, bir tikədi.
Dərdim özümdən yekədi,
Dərdimi şəllənib, gəldim!

Görən idim, baxmaz oldum,
Atəş idim, yaxmaz oldum,
Axar çaydım, axmaz oldum,
Yerimdə ğöllənib, gəldim!

Zakir, könlün Haqqa yardı,
Haqq ölçüdü, Haqq meyardı.
Sevincli ğünlərim vardı,
Ötüşdü, çöllənib, gəldim!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031