manera.az
manera.az

Səməd Qaraçöpün hülqumu | MANERA.AZ

Səməd Qaraçöpün hülqumu | MANERA.AZ
manera.az

Səməd Qaraçöp o şairlərimizdəndir ki, yazdıqlarını oxucu ilə özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşmağa üstünlük verir. Əgər yazılarını hər hansı sayta, qəzetə, jurnala göndərərsə, əlüstü çap edərlər. Bu da öz yerində.

Görükən odur ki, Səmədin yazılarını hələlik "Feysbuk"dan izləyə bilirik.

Bəs niyə saytlar onu çap etmirlər? Bunun bir səbəbi bu ola bilər ki, naşirlərimiz hələ o həddəcən yetişməyiblər ki, yazarın hülqumundakı sözü çəkib öz əlləri ilə camaata təqdim edə bilsinlər. Gözləyirlər ki, müəlliflər onlardan əvvəl xahiş etsinlər, sonra da təşəkkür bildirsinlər. Ya da utanırlar ki, Səməd Qaraçöp kimi şairi çap edib müqabilində ona zəhmət haqqı verə bilməsinlər. Hər iki halda naşir olan bəxtsiz adam fürsəti əldən vermiş olur. Yaxşı naşir adamın yazdığını da deyil, lap hülqumundakını çəkib gətirib qəzetində, portalında yerləşdisin gərək. Ancaq bir çox hallarda hülqumu boş olanları çap etməklə məşğuldurlar. O cür yazıları oxuyanda bilmək olur ki, nə deyilibsə, boğazdan (yəni hülqumdan) yuxarı deyilibdir.

Bir məsələ də var ki, lazım gəlsə, hülqumu dolu olanları tutub dara da çəkirlər. Bəzi baş mühərrirlər, bəlkə, qorxurlar, ona görə özləri ilə hülqum gəzdirmirlər. Bəlkə elə bu səbəbdən hülqumu olmayan tənqidçi, şair, esse yazan və s. ölkədə çoxdur. Bir həqiqət də var ki, bu məmləkətdə söz və qələm adamının hülqumundakını yox, birbaşa onun hülqumunu çəkib çıxartmağa insanlar daha həvəslidirlər.

Bir sözlə, cənab Səməd Qaraçöp hülqumunda sözü olan yazıçıdır. Amma o sözün dalınca düşən yoxdur. Olmaya, dar ağacından, ya da çörək ağacından qorxurlar!? Şairin özü yazıb axı, “Gedib asılmağa iki ağac var, Çörək ağacıdır, dar ağacıdır”...

Səməd bəy xeyli vaxtdır, Feysbukda da görünmür.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829