manera.az
manera.az

Ankaradan Azərbaycan ordusuna dəstək- Avtoyürüş keçirildi - VİDEO

Ankaradan Azərbaycan ordusuna dəstək- Avtoyürüş keçirildi - VİDEO
Türkiyənin Ankara şəhərində Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə avtoyürüş keçirilib.

Manera.az xəbər verir ki, işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərindəki mülki yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində dinc sakinlərin, o cümlədən uşaq və qadınların qətlə yetirilməsinə etiraz edən soydaşlarımız öncə Azərbaycanın Türkiyədəki səfirliyi önündə toplaşıblar. Dərnəyn rəhbəri Arzuman Azaflı, Ankara Universitetinin doktorantı Nərmin Mirzəyeva aksiya iştirakçıları qarşısında çıxış edərək, Ermənistanın 11 oktyabr və 17 oktyabr tarixlərində törətdiyi terror aktlarını hiddətlə pisləyiblər.

VİDEO BURADA

Sonra Azərbaycan və Türkiyənin bayraqlarına bürünən 100 avtomobilin hərəkət etdiyi karvan səfirliyinin qarşısından avtoyürüşə yollanıb. Karvan Çankaya Köşkü, Cumhurbaşkanlığı Külliyesi (Prezident Kompleksi) önündən keçməklə, Gölbaşında yürüşü başa çatdırıb. Aksiya boyu “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!” “İşğal beynəlxalq sülhə təhlükədir!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar nümayş etdirilib və münaqişənin nizamlanmasında dünya birliyinə ədalətli mövqe nümayiş etdirməyə çağırış edilib. Aksiya şəhidlərin ruhuna Qurani-Kərim oxunması, Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsilə yekunlaşıb.

Şəhla Aslan,
Ankara


Ankaradan Azərbaycan ordusuna dəstək- Avtoyürüş keçirildi - VİDEO
Ankaradan Azərbaycan ordusuna dəstək- Avtoyürüş keçirildi - VİDEO
Ankaradan Azərbaycan ordusuna dəstək- Avtoyürüş keçirildi - VİDEO
Ankaradan Azərbaycan ordusuna dəstək- Avtoyürüş keçirildi - VİDEOБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031