manera.az
manera.az

Türkiyədən Azərbaycana rəsmi dəstək - Yanınızdayıq!

Türkiyədən Azərbaycana rəsmi dəstək - Yanınızdayıq!
Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması ilə bağlı bəyanat yayıb.

Manera.az xəbər verir ki, bəyanatda deyilir:

“Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pisləyirik. Həyatını itirən azərbaycanlı şəhidlər üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik.

Ermənistanın xəstə təfəkkürlü millətçilik anlayışının yeni bir forması olan bu hücumun qarşısının Azərbaycan tərəfindən qətiyyətlə alınması təcavüzkar niyyətin cavabsız qalmayacağını göstərib.

Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini illərlə qanunsuz işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarından başqa yerlərə çəkmək və münaqişəyə yeni ölçülər əlavə edərək problemin siyasi dialoq yolu ilə həllinə mane olmaq cəhdləri nəticəsiz qalmaqdadır.

Həddini aşan əməllərlə sərgüzəştlik etmək Ermənistanın zəifliyini ortaya qoyur, bölgəmizdəki sülh və sabitliyə qarşı böyük maneə yaradır.

Erməni tərəfi belə təhlükəli taktikalardan əl çəkməli, ağıllı və hüquqi yolu seçməlidir.

Ümid edirik ki, Ermənistanın təcavüzünü ört-basdır etmək səyləri beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək.

Türkiyə ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanları ilə Azərbaycanın yanında yer almaqda davam edəcək”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31