manera.az
manera.az

Kəndimin azad edildiyini eşidəndə.. - Vaqif Bayatlı

Kəndimin azad edildiyini eşidəndə.. - Vaqif Bayatlı
Doğma kəndim Böyük Mərcanlının azad edildiyini eşidəndə təzədən doğuldum.

Manera.az xəbər verir ki, bunu kult.az-a açıqlamasında şair Vaqif Bayatlı Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində doğulduğu Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin işğaldan azad olunması ilə bağlı təəssüratlarını bölüşərkən deyib. Şair bildirib ki, Yer üzündə ona bundan gözəl hədiyyə ola bilməz:

“Bu xəbəri eşitmək ən gözəl nəfəs alıb-verməyim, ən gözəl bələkdə olmağım, ən gözəl iməkləməyim idi. Sanki dünyanın bütün qanadlarından ən yuxarıda uçurdum. Bu, tək Azərbaycanın yox, bütün türk dünyasının uçuşudur. Bu qələbə əsl türk ruhunun zəfəridir. Mən artıq Böyük Mərcanlıdayam. Fiziki olaraq yox, ruhən kəndimdəyəm. Əsas ruhumdur. Hazrda Yakutdan Amerikaya qədər, orada yaşayan türklərin qapısının ağzındayam”.

Vaqif Bayatlı bildirib ki, Böyük Mərcanlının alınması xəbərini ilk dəfə ona Allah verib:

“Mənə bu xəbəri ilk dəfə Allah verdi. Birdən-birə havadan hiss etdim ki, bizim kənd də alınıb. Əslində Cocuq Mərcanlı da bizim kəndin bir hissəsidir. Hansı bir millət öz kəndinə “cocuq” deyər? İlk dəfə ona “cocuq” kəlməsini biz demişik. Əzizləmişik Cocuq Mərcanlını, bu cocuq təkcə Azərbaycanın yox, bütün türk dünyasının cocuğudur”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031