manera.az
manera.az

Vaqif Aslana Mikayıl Müşfiq mükafatı təqdim edildi

Vaqif Aslana Mikayıl Müşfiq mükafatı təqdim edildi
Şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri Vaqif Aslanın 70 illik yubileyi münasibətilə Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyində tədbir keçirilib.

Manera.az xəbər verir ki, tərbirdə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətimin rəhbəri, Müşfiq Komissiyasının sədri Xəyal Rza, muzeyin direktoru Elşən Zəkəriyyəbəyli, Elşad Yəhyayev adına 56 saylı məktəbin direktoru Hicran Qarabəyli, gənc şair Tural Adışirin, şair Musa Həşimov və başqa ziyalılar iştirak ediblər.

Tədbir açıq havada və məhdud sayda adamın iştirakıyla həyata keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza çıxış edərək, Şəkinin Azərbyacanın ən önəmli bölgələrindən biri olduğunu qeyd edib və Şəkinin Azərbaycan elminə, mədəniyyətinə, ədəbiyyatına görkəmli insanlar qazandırdığını vurğulayıb.

Vaqif Aslanın yaradıcılığı haqqında ətraflı məlumat verən Xəyal Rza, şairin 70 illik yubileyinin paytaxtda və Şəkidə silsilə tədbirlərlə keçirilməsinin nəzərdə tutulduğunu, lakin ölkədəki mövcud pandemiya vəziyyətinə görə təxirə salındığını bildirib. Xəyal Rza Vaqif Aslanı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın adından təbrik edib və ona Azərbaycan Yazıçılar Birliyinin Fəxri fərmanını təqdim edib.

Ötən il iyun ayında Bəxtiyar Vahabzadənin ev-muzeyində Bəxtiyar Vahabzadə və Mehmet Akif Ersoyun xatirəsinə IX Şairlər Günün təşkil edildiyini və müxtəlif ölkələrdən tanınmış şairlərin qatıldığını xatırladan Xəyal Rza Müşfiq Komissiyasının adından Vaqif Aslana Müşfiq Mükafatını da təqdim edib.

Xəyal Rza Vaqif Aslanın qələminə məhəbbət bəsləyən, onun kitablarına, o cümlədən ədəbi layihələrə dəstək olan dəyərli insanlardan və millət vəkili Cavanşir Feyziyevin bu sahədəki fəaliyyətindən də söz açıb.

Vaqif Aslan çıxış edərək haqqında deyilən xoş sözlərə, yaradıcılığına verilən dəyərə, göstərilən diqqət və qayğıya, Fəxri fərmana görə təşəkkürünü bildirib, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara minnətdarlığını vurğulayıb. Mikayıl Müşfiqin onun ürəyində önəmli bir yerinin olduğunu qeyd edən şair, bu mükafatın onun üçün böyük dəyər olduğunu dilə gətirib.

Sonda xatirə şəkilləri çəkilib. /ayb.az/

Vaqif Aslana Mikayıl Müşfiq mükafatı təqdim edildiБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031