manera.az
manera.az

İlin sonunadək 5 yeni reabilitasiya müəssisəsi açılacaq

📅 01.09.2020 17:28

İlin sonunadək 5 yeni reabilitasiya müəssisəsi açılacaq
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi üçün aparılan işlər davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Manera.az-a verilən xəbərə görə, bu ilin sonunadək SumqayıtŞirvan şəhərlərində müasir tələblərə uyğun qurulmuş Reabilitasiya Müəssisələrinin açılması nəzərdə tutulub. Bakının Xəzər rayonunda Müalicə Pansionatı da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.

Uşaq bərpa müəssisələri şəbəkəsinin regionlar üzrə genişləndirilməsinə də başlanılıb. Bu məqsədlə Nazirlik QəbələŞəmkir rayonlarında inşa etdirdiyi uşaq reabilitasiya mərkəzlərinin bu ilin sonuna açılmasını planlaşdırır.

Təkcə bu ay regionlarda müasir tələblərə uyğun 3 reabilitasiya müəssisəsini istifadəyə verən Nazirlik ümumilikdə 2020-ci ildə 8 belə müəssisənin açılışını nəzərdə tutub.


Baxış sayı - 787 | Yüklənmə tarixi: 01.09.2020 17:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031