manera.az
manera.az

Estoniyada yaşayan azərbaycanlı rəssamın yubileyi qeyd edilib

📅 21.08.2020 08:54

Estoniyada yaşayan azərbaycanlı rəssamın yubileyi qeyd edilib
Tallinn şəhərində fəaliyyət göstərən Azərbaycan Evində rəssam Şamil Əliyevin 80 illik yubileyi və Estoniyanın dövlət müstəqilliyinin bərqərar olması münasibətilə sərgi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Manera.az-a bildirilib ki, tədbirdə Azərbaycanın və Türkiyənin Estoniyadakı diplomatik korpusunun, Estoniya parlamentinin, Mədəniyyət Nazirliyinin, Tallinn şəhər bələdiyyəsinin, İnteqrasiya Fondunun nümayəndələri, müxtəlif icmaların təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə Estoniya–Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, Azərbaycan Evinin rəhbəri Zəhra Qəhrəmanlı, Mədəniyyət nazirinin müşaviri Anne-Ly Reima, Estoniya İnteqrasiya Fondunun nümayəndəsi Kristina Pirgop çıxış ediblər.

Natiqlər Estoniyanın Narva şəhərində yaşayan və fəaliyyət göstərən rəssam Şamil Əliyevin həyat və yaradıcılığı barədə ətraflı məlumat veriblər, xalqlar və mədəniyyətlərarası dialoqa töhfələrinə, eləcə də Azərbaycanın zəngin mədəniyyət və incəsənətinin qorunub, gənc nəslə ötürülməsində xidmətlərinə görə Estoniya Mədəniyyət naziri Tonis Lukas və Estoniya İnteqrasiya Fondunun rəhbəri İrene Kaosar adından soydaşımıza təşəkkürnamələr təqdim olunub.

Qonaqlar Azərbaycan Evinin foyesində rəssamın əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgi sentyabrın 18-dək nümayiş etdiriləcək.

Yubiley tədbiri İngiltərədə yaşayan məşhur eston vokalçısı Maria Veretenina, Polşada yaşayan eston musiqiçisi Daniel Julle və azərbaycanlı gənc ifaçı Nərgiz Əsgərovanın təqdim etdikləri konsert proqramı ilə davam edib.

Estoniyada yaşayan azərbaycanlı rəssamın yubileyi qeyd edilib
Estoniyada yaşayan azərbaycanlı rəssamın yubileyi qeyd edilib
Estoniyada yaşayan azərbaycanlı rəssamın yubileyi qeyd edilib


Baxış sayı - 607 | Yüklənmə tarixi: 21.08.2020 08:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031